Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Ölkə əhalisinin son statistikası

Ölkə əhalisinin son statistikası

Tarix: 18-04-2020, 12:33

Cari ilin ilk iki ayı ərzində 22 321 doğulan körpə qeydə alınıb
 
Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 12 192 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il mart ayının 1-i vəziyyətinə 10 079 300 nəfərə çatıb. AYNA-ya bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
 
Həmçinin cari ilin ilk iki ayı ərzində Azərbaycanda doğulan körpələrin sayı haqqında da məlumat verilib: "Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində 22 321 doğulan körpə qeydə alınıb".
 
"Əhalinin hər 1 000 nəfərinə bu göstərici 13,7 təşkil edib. Körpələrdən 584-ü əkiz, 12-si isə üçəm doğulanlardır", - qeyd olunub.
 
Əhalinin ölüm sayına gəlincə, bildirilib ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkədə 10216 ölüm halı qeydə alınıb: "Əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 6,4-dən 6,3-ə enib"




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR