Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Azərbaycanda onların şəxsiyyət vəsiqələrinin seriya nömrəsi qara siyahıya salındı

Azərbaycanda onların şəxsiyyət vəsiqələrinin seriya nömrəsi qara siyahıya salındı

Tarix: 20-04-2020, 23:28

“Bütün aktiv olan icazələri avtomatik olaraq mayın 4-nə kimi uzadaraq "müddətə redaktə et bölməsini" yaratdıq”.
"Mediabiz.az” xəbər verir ki, bu sözləri Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov REAL TV-nin efirində qonaq olan zaman deyib. O bildirib ki, e-icazə sistemində 49 162 dövlət və özəl təşkilat 740 324 əməkdaşına xüsusi karantin rejimində aktiv icazə alıb:
“İcazə alınanların 185 mini müxtəlif səbəblərdən tərəfimizdən ləğv olunub. Artıq əmək müqaviləsi olmadan şirkətlər işçini sistemə daxil edə bilmir. Bundan başqa, xidməti müqavilə bölməsi də yaradılıb. Könüllülərə və e-aqro sistemində qeydiyyatdan keçmiş 500 minə yaxın fermerə də icazə verilir”. 
F. Cəfərovun sözlərinə görə, 8103 SMS icazə xidməti ilə vətəndaşlara bu günə kimi 10 milyondan çox icazə verilib:
“Son günlərdə 83% insana müsbət cavab verilib. Gündəlik olaraq 900 min - 1 milyon arası SMS göndərilirsə, bunun təqribən 830 mininə müsbət cavab verilir. Cavabların verilməsi üçün ortalama müddət hazırda 1 saniyədir. 2,7 milyon şəxs artıq SMS xidmətindən istifadə edib. Əsas SMS göndərilmə zamanı isə səhər saat 10-1 aralığı, günorta 3-dən axşam 9-a kimidir. Daha çox 2 kodu ilə müraciət olunur. 3 kodu ilə sui-istifadə hallarının sayı çox idi. İndi 16-17 min civarında müraciət daxil olur, ancaq yenə də bu rəqəm çoxdur. Sui-istifadə edən şəxslərin şəxsiyyət vəsiqələrinin seriya nömrəsi qara siyahıya salınır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR