Son Xəbər: Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub, Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH, Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib, Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ, Kəlbəcərdə mina partlayışı olub, Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib,

Arif Alışanovun şikayəti ilə həbs edilən şəxs öldü

Arif Alışanovun şikayəti ilə həbs edilən şəxs öldü

Tarix: 20-04-2020, 23:31

AzTV-nin keçmiş sədri Arif Alışanovun şikayəti ilə həbs edilən və 17 il azadlıqdan məhrum edilən Qoçəli Cəbiyev cəzaçəkmə müəssisəsində vəfat edib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, Q. Cəbiyev uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkib. Hətta dializ xəstəsi olan Q. Cəbiyev səhhəti ağırlaşdığı üçün bir neçə dəfə 2018-ci ildə keçirilən məhkəmə proseslərinə gətirilməmişdi.
Cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra da vəziyyəti ağırlaşan Q. Cəbiyev bir neçə gün öncə müalicə müəssisəsində vəfat edib.
Epilepsiya xəstəsi olan oğlu Elməddin Cəbiyevin də vəziyyətinin ağırlaşdığı bildirilir.
Qeyd edək ki, Qoçəli Cəbiyev və Şücayət Əkbərov AzTV-nin keçmiş rəhbəri Arif Alışanova qarşı sui-qəsd etməkdə təqsirləndiriliblər.
İttihama görə, Ş.Əkbərov 2013-2017-ci illər ərzində A.Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Müsabi Namazov, Qoçali Cəbiyev və Zöhrab Şirinovla birlikdə silahlı mütəşəkkil dəstə yaradıblar. Bir qədər sonra A.Alışanovun, onun bacısı oğlu Dəyanət Cəfərovun içərisində olduğu və Hacı Babayevin idarə etdiyi “Toyota Land Cruiser” markalı 99 - AA - 400 dövlət nömrə nişanlı avtomaşını Çuxuryurd- Şamaxı şossesində hərəkətdə olarkən yüksək sürətlə vuraraq hündürlükdən dərəyə salmaq barədə plan hazırlanıb. Q.Cəbiyev telefonla Z.Şirinova zəng edib, cinayətin törədiləcək vaxtı, A.Alışanovun içərisində olacağı avtomaşının markası, rəngi, dövlət nömrə nişanı barədə məlumat verib.
Lakin A.Alışanov gözlənilmədən “Land Cruiser”ə deyil, Ş.Əkbərovun idarə etdiyi “NİVA” markalı 10-LR-099 dövlət nömrə nişanlı avtomaşına əyləşib və Ş.Əkbərov bu barədə dəstə üzvləri Q.Cəbiyev və Z.Şirinova xəbər verə bilməyib. Zöhrab Şirinov avtomaşını idarə etdiyi “NİVA” markalı, 99-FD-207 dövlət nömrə nişanlı avtomaşınla Çuxuryurd kəndindən keçib Şamaxı şəhərinə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı maşını bir neçə dəfə arxa sol və orta hissəsindən vuraraq yüksəklikdən dərəyə salmağa çalışsa da, buna nail ola bilməyərək idarəetməni itirib.
Q. Cəbiyev aprelin 16-da vəfat edib. Xanımı isə təxminən 1 il əvvəl, Q.Cəbiyev türmədə olarkən dünyasını dəyişib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR