Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

“Anamızı döymə! Vurma! Toxunma! Anaaa...” - "Qadına şiddətə son!" - VİDEO

“Anamızı döymə! Vurma! Toxunma! Anaaa...” - "Qadına şiddətə son!" - VİDEO

Tarix: 18-11-2019, 17:30


"Anamızı döymə! Vurma! Toxunma! Anaaa...” 
Qulagında qalan son səs budur. Uşaqlarının qışqırığı, gözü dönən adamın söyüşləri, acımasız zərbələr və bədənində dəhşətli ağrılar...  Sonra isə qaranlıq...
Bu səhnə hər gün təkrarlanır. Hər dəfə bir məkanda, bir ailədə. Ömrünü paylaşdığı, övladına can verdiyi adam onun canını alır... 

Noyabrın 29-da Azərbaycanın iş xanımı, YAP Qadınlar Şurasının üzvü, "Liatris Holding”-in rəhbəri Ruhi xanım Əliyevanın şəxsi təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Qadına şiddətə son!” sosial layihəsi bu il də baş tutacaq. 

Tədbir "Liatris Holding”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə baş tutacaq. 
"Qadına şiddətə son!” adlı sosial layihə çərçivəsində hər il olduğu kimi bu dəfə də cəmiyyətə müxtəlif çağırışlar nəzərdə tutulur.
25 noyabr Qadınlara zorakılığa qarşı Ümumdünya mübarizə günü ərəfəsində təqdim olunacaq layihədə fiziki, mənəvi, psixoloji, iqtisadi və seksual zorakılığa məruz qalan qadınların yaşantıları, baş vermə səbəbləri, insanın cəmiyyətdə hüquqlarını bilməməsi və laqeyd yanaşılmasından danışılacaq. 

Ələlxüsus, son zamanlar daha çox gündəmi zəbt edən qadına şiddət, qadın ölümləri ilə bağlı müxtəlif sosial çarxlar hazırlanıb. Layihə çərçivəsində təqdim olunacaq çarxlarda, videomateriallarda bu zorakılığın aradan qaldırılması, qadın hüquqlarının, insan hüquqlarının ayrılmaz hissəsi olması ilə bağlı cəmiyyətə çağırışlar ediləcək. 

#Səssizsiniz haştaqı ilə ixtiyarınıza verilən bir neçə saniyəlik tizerin davamı noyabrın 29-da baş tutacaq "Qadına şiddətə son!” layihəsində nümayiş olunacaq. 

Eyni zamanda "JW Marriott Absheron Baku”da baş tutacaq tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, sənətçilər, iş adamlarının bu məsələ ilə




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR