Son Xəbər: İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb,

Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq

Bakıda Cəlil Məmmədquluzadəyə heykəl qoyulacaq

Tarix: 18-11-2019, 17:46

Yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin Bakıda heykəli ucaldılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin müavini Vaqif Əliyev deyib.
Onun sözlərinə görə, heykəlin ucaldılması istiqamətində müvafiq işlər aparılır:"Heykəlin ucaldılacağı yer hələlik müəyyən edilməyib. Ekspertlərin verəcəyi rəylə heykəlin ucaldılacağı yer müəyyənləşdiriləcək. Heykəlin ucaldılması üçün yazıçı Anarın təklif etdiyi yerlə bağlı məsələyə baxılacaq.

Buna zaman lazımdır. Heykəlin hazırlanması üçün müsabiqə elan olunacaq. Heykəlin kim tərəfindən hazırlanacağı məlum olduqdan sonra heykəlin hazırlanmasına və yerinin təyin olunmasına başlanacaq”.

V.Əliyev qeyd edib ki, hazırda Hacı Zeynalabdin Tağıyevin heykəli hazırlanır.
Qeyd edək ki, bu gün yazıçı-dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin ev muzeyinin təmirdən sonra açılış mərasimi keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadənin ilk dəfə Azərbaycana gəlmiş nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri də iştirak edib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR