Son Xəbər: TƏBİB: Metrodakı hadisə ilə bağlı 2 nəfər xəstəxanaya yerləşdirilib, 9 nəfərə yerində yardım göstərilib, Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman, Vilayət Eyvazovdan yetkinlik yaşına çatmayanlarla bağlı - Tələb, 3 ayda 7738 cinayət qeydə alınıb - 85,9 faizinin üstü açılıb, Metronun fəaliyyəti bərpa olundu - Yenilənib, Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib, Soheyl Mahmud: Azərbaycanın təşəbbüsü D-8 çərçivəsində əməkdaşlığa təkan verəcək, Bakı metrosunun bütün stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb, Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var, KİV: Qətər-Türkiyə-Avropa qaz kəməri layihəsi bahalı və risklidir,

“Bandotdel” Bakıda əcnəbilərə qarşı əməliyyat keçirdi - Fotolar+Video

“Bandotdel” Bakıda əcnəbilərə qarşı əməliyyat keçirdi - Fotolar+Video

Tarix: 24-04-2020, 21:34


Ölkənin bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları saxlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbir zamanı ölkə ərazisində bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoychev Marian Nikolov və Mladenov Vladislav Tsvetanov Bakı şəhəri ərazisində saxlanılıblar.
“Qafqazinfo”ya daxil olan məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, adları çəkilən şəxslər kibercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də mikrosxemlər və digər ləvazimatlar vasitəsi ilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər. Cari ilin fevral və mart aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilələr edərək külli miqdarda pul vəsaitlərini mənimsəməyə cəhd göstəriblər. Onlar bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək bu yolla müştərilərə məxsus kartların PİN kodları barədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.
Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kart məlumatlarını tam və hərtərəfli öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər
əsasında açdıqları hesablara köçürəcəkmişlər. Lakin Baş İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı vaxtında alınıb.
Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulmuş xüsusi avadanlıqlar, noutbuklar, müdaxilə etdikləri bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də sair maddi sübutlar aşkar olunaraq götürülüb. Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları ətrafdakı insanlarda şübhə oyatmamaq üçün daim özləri ilə gəzdirdikləri səsgücləndiricinin içində gizlədiblər.
Qeyd edək ki, Baş İdarədə Marian Stoychev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 272.3, 177.2.3-1 və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq M.Stoychev və V.Mladenov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Transmilli mütəşəkkil cinayətkar şəbəkənin Avropa ölkələrindəki əlaqələrinin müəyyən olunması, həmçinin saxlanılan şəxlərin digər cinayət əməllərinin aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.









RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR