Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Azərbaycanda regionlar üzrə koronavirusa yoluxma statistikası açıqlandı - RƏSMİ

Azərbaycanda regionlar üzrə koronavirusa yoluxma statistikası açıqlandı - RƏSMİ

Tarix: 24-04-2020, 22:13


“Azərbaycanda koronavirusa yoluxan şəxslərin 52,1 faizindən çoxu Bakı üzrə qeydə alınıb”.
Mediabiz.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bölgələr üzrə koronavirusa yoluxma halları barədə statistikanı açıqlayarkən deyib. 
 
O bildirib ki, koronavirusa yoluxma hallarında xarici vətəndaşların payı 13,16 faiz təşkil edir:
“Aran zonasında 6,88 faiz, Lənkəranda 8,28 faiz, Abşeronda 5,54 faiz, Gəncə-Qazax zonasında 7,62 faiz, Quba-Xaçmazda 2,4 faiz, Yuxarı Qarabağda 1,07 faiz, Şəki-Zaqatalada 1,27 faiz, Dağlıq Şirvanda 1,4 faiz, Naxçıvanda 0,27 faiz təşkil edib”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR