Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edildu

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edildu

Tarix: 25-04-2020, 14:29

Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçular Şəhidlər Xiyabanında dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.
Müdafiə nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sonra Milli Qəhrəmanın Bakının Nərimanov rayonunda ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.
Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolu, onun döyüşlərdə iştirakını bir daha xatırlayıblar.
 
Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı öz vətəni bilmiş, həyatını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.
Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR