Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Azərbaycanda daha 18 min ödənişli iş yeri yaradılıb

Azərbaycanda daha 18 min ödənişli iş yeri yaradılıb

Tarix: 28-04-2020, 11:57

Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar son 10 gündə əlavə olaraq 18 min ödənişli ictimai iş yeri yaradılıb. 
 Beləliklə, Nazirliyin DOST İş Mərkəzi vasitəsilə ödənişli ictimai işlərə cəlb olunanların sayı 56 min nəfəri ötüb.
Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da həmin şəxslərin gələcək sosial təminat hüquqlarına əsas yaradır.
Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrə yaradılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR