Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Bu il Azərbaycanda baş verən yanğınlarda 16 nəfər ölüb

Bu il Azərbaycanda baş verən yanğınlarda 16 nəfər ölüb

Tarix: 28-04-2020, 19:58

Azərbaycanda 2020-ci ilin I rübü ərzində baş vermiş yanğın hadisələri nəticəsində 16 nəfər həlak olub.

"Mediabiz.az" xəbər verir ki, bu barədə FHN-nin yaydığı statistik məlumatda bildirilir.
Məlumata görə, təhqiqatı aparılmış yanğınların sayı 624 olub. Yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 37 nəfər isə xəsarət alıb.
Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 13 nəfər və ya 45 faiz, xəsarət alanlar üzrə isə 12 nəfər və ya 24 faiz azdır.
Yanğınların 485-i çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində baş verib. Açıq sahələrdə - 14, nəqliyyat vasitələrində 93, digər yanğınlar üzrə 32 yanğın qeydə alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR