Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Bağlanmış banklardakı əmanətlərin AQİBƏTİ: - Müştərilər pullarını necə çıxaracaq?

Bağlanmış banklardakı əmanətlərin AQİBƏTİ: - Müştərilər pullarını necə çıxaracaq?

Tarix: 29-04-2020, 16:56

“Bu halda hökumətin məcburi və ya həvəsləndirici olmaqla, iki mexanizmdən birini tətbiq etməsi mümkündür. ”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Atabank” və “Amrah Bank”ın fəaliyyətinin dayandırılması fonunda adları çəkilən banklarda əmanətləri olanların vəziyyətini dəyərləndirən iqtisadçı Samir Əliyev deyib.

Samir Əliyevin sözlərinə görə, istənilən bankın bağlanması kredit ödənişi öhdəliyindən azad olunduğunu düşünən müştərilərin yanlış olaraq, sevindirsə də, əmanətçilərin real narahatlığına səbəb olur:

“2019-cu ilin sonuna “Amrah Bank”ın depozit portfeli 175,2 milyon manat olub. “Atabank”ın depozit portfelinin həcmi barədə son məlumat 2019-cu ilin oktyabrın 1-i tarixinədir. Həmin tarixdə portfelin həcmi 286,3 milyon manat həddində göstərilib.

Güman etmək olar ki, “Atabank”da depozitlərin həcmində artım olmayıb, eyni zamanda, ciddi azalma da baş verməyib. Çünki bank bir müddət əvvəl depozitlərin qaytarılmasına moratorium qoymuşdu.

Hər iki bankda depozitlərin həcmi 460 milyon manat civarındadır. Ötən həftə qüvvədəolma müddəti daha 9 ay uzadılmış “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun tələblərinə görə, hər iki banka yatırılmış əmanətlərə dövlət tərəfindən tam zəmanət verilir. Bir şərtlə ki, həmin əmanətlərin illik faiz dərəcəsi milli valyutada 10, xarici valyutada üzrə 2,5 faizdən yüksək olmasın.

Digər – qorunmayan əmanətlərin taleyi isə bağlanmış bankların debitor və kreditor borclarının nisbətindən, həmçinin mülkiyyətində olan əmlakın dəyərindən asılı olacaq. Bu banklarda olan əmanətlərin hamısı olmasa da, əksəriyyəti qorunandır”.

İqtisadçı hesab edir ki, Mərkəzi Bankın verdiyi qərar digər banklarda da əmanətlərin geri çəkilməsinə gətirib çıxaracaq. Nəticədə əhali yenidən gözləmə mövqeyinə keçəcək:

“Mərkəzi Bankın rəhbəri dünən açıqlamasında bildirib ki, qısa müddətdə əmanətlər sabit banklardan birinə köçürüləcək və əhali həmin bankda pulunu saxlamaq və ya götürməklə bağlı qərar verə bilər.

Təbii ki, əmanətçilərin əksəriyyətinin qərarı vəsaitlərini agent bankdan geri çəkib ya digər banklara yerləşdirmək, ya da “yastıq altına” yığmaq olacaq. Digər tərəfdən qanunvericiliyə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə xarici valyutada ödənilir.

Əmanətlər həm milli, həm də xarici valyutada olarsa, bir əmanət kimi manatla ödənilir. Ölkə üzrə ümumi depozitlərdə xarici valyutanın payının 60 faiz olmasını nəzərə alsaq, iki bank üzrə xarici valyuta depozitləri həcminin təxminən 280 milyon manatının xarici valyutada, daha konkret desək, ABŞ dollarında olduğu təxmin edilir. Bu isə o deməkdir ki, dollar əmanəti yatırmış müştəri onu həmin valyuta ilə götürəcək, bu isə dollara tələbatı artıracaq”.

Əliyevin fikrincə, mövcud şəraitdə ideal vəziyyət əhalinin əmanətləri geri çəkməməsi və agent bankda ən azı müqavilə müddəti bitənədək vəsaitini orada saxlaması olar:

“Bunun üçünsə dövlət müəyyən stimullaşdırma tədbirlərinə getməlidir. Nəzərə almaq lazımdır ki, agent bankda əmanətlərin faiz dərəcəsinin aşağı olması ehtimalı yüksəkdir. Bu isə əhali üçün az cəlbedici olacaq.

Bu halda hökumətin məcburi və ya həvəsləndirici olmaqla, iki mexanizmdən birini tətbiq etməsi mümkündür. Məcburi addım olaraq, agent banka köçürülən əmanətlərin müqavilə şərtləri köhnə bankda olduğu kimi saxlanılır. Yəni vəsait köçürülsə də, müqavilə müddəti bitənədək əmanətin bankdan götürülməsi qadağan edilir. Əgər əmanətçi əmanətini götürürsə, bu halda bağlanmış bankda olduğu kimi, vaxtından əvvəl götürülmüş əmanət kimi qiymətləndirilir və cərimə tətbiq edilir.

Hökumət də öz növbəsində müqavilədə göstərilən faiz dərəcəsinin saxlanmasını (əgər agent bankda faiz dərəcəsi aşağıdırsa) təmin etməlidir. Buna illik faiz dərəcəsini subsidiyalaşdırmaqla nail ola bilər. İkinci mexanizmdə isə əmanətlərin agent bankda qalmasının stimullaşdırmaq üçün dövlətin həmin əmanətlərin faiz dərəcəsini müddət bitənədək illik 2-3 faiz bəndi səviyyəsində (xarici valyuta üzrə 1 faiz) subsidiyalaşdırır və seçimi əmanətçinin ixtiyarına buraxır.

Əgər bu addımlar atılarsa, Əmanətlərin Sığortalanması Fondunun əlavə vəsait cəlbinə ehtiyac qalmaz və insanlar gələcəkdə bağlanacaq banklara görə əmanətin batması baxımından narahatlıq keçirməz”.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR