Son Xəbər: Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq, Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib, Prezident Milix Yevdayevi təltif etdi, Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq, Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb, Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub, Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb, Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq, Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb, Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq,

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

Tarix: 19-11-2019, 10:54

Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, rəqəmsal bankçılıq xidmətlərinin klassik bankçılıq xidmətləri paketinə daxil edilməsi, habelə ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndə heyəti Beynəlxalq Maliyyə Korporasiyası ilə qarşılıqlı əməkdaşlıq əsasında “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 134 ölkədən 60 min nümayəndənin qeydiyyatdan keçdiyi tədbirdə qabaqcıl istehsalat, mühəndislik kimi sahələrlə yanaşı, əsasən rəqəmsal iqtisadiyyat və rəqəmsal ödənişlər, pulköçürmələri, kriptovalyuta və blokçeyn texnologiyası, açıq bankçılıq yanaşması və “sandbox” rejimi”, habelə fintexlər və onların fəaliyyətinin genişləndirilməsi kimi mövzulara toxunulub. Festival çərçivəsində maliyyə bazarları sahəsində tənzimləyici və nəzarət qurumları ilə özəl sektorun bir araya gələrək yenilikləri geniş ictimaiyyətə açıqlamaları, qlobal ödəniş ekosistemində son innovasiyalarla tanış olma imkanının yaradılması, fintexlər və startaplar tərəfindən yeni məhsul və xidmətlərin təqdim edilməsi iştirakçıların böyük marağına səbəb olub.
Beynəlxalq Maliyyə Korporasiyasının Maliyyə, rəqabət və innovasiya üzrə təcrübə qrupunun qlobal rəhbəri Alfonso G.M. və Kredit infrastrukturu üzrə qlobal rəhbəri Mahesh.U, Sinqapurun maliyyə bazarları üzrə tənzimləyici və nəzarət qurumunun (Monetary Authority of Singapore) Fintex departamentinin nümayəndələri, habelə “Google Pay” şirkətinin Asiya regionu üzrə eksperti Xurram.K ilə qarşılıqlı görüşlər keçirilib. Nümayəndə heyəti, həmçinin “Visa Inc.” və “MasterCard Wordlwide” beynəlxalq kart təşkilatları, “Paypal” təşkilatının innovasiya mərkəzinin iş prinsipi ilə yaxından tanış olub.
Səfər çərçivəsində Polşa və Litva Mərkəzi banklarının nümayəndələri ilə “sandbox” rejiminin tətbiqi və bank olmayan ödəniş xidməti təchizatçılarına nəzarət, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin təşkili üzrə müzakirələr aparılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR