Son Xəbər: Çeçenistanda qəzaya görə matəm elan olundu, “Soçi” və “Minvod”dan bu ölkəyə uçuşlar ləğv edildi, Milli Məclis Dünya azərbaycanlılarına müraciət ünvanlayacaq, Təyyarə xarici müdaxilə nəticəsində qəzaya uğrayıb - AZAL, İlham Əliyev təyyarə qəzası ilə bağlı istintaqın gedişi barədə Tokayevlə fikir mübadiləsi aparıb, "Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb, “Embraer” təyyarə istehsalı müəssisəsinin nümayəndələri Aktauya gəlib, Bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacaq - PROQNOZ, Nikaraqua rəhbərliyi İlham Əliyevə başsağlığı verib, Təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyeva ll Fəxri xiyabanda dəfn olunacaq,

İlham Əliyev təyyarə qəzası ilə bağlı istintaqın gedişi barədə Tokayevlə fikir mübadiləsi aparıb

İlham Əliyev təyyarə qəzası ilə bağlı istintaqın gedişi barədə Tokayevlə fikir mübadiləsi aparıb

Tarix: Dün, 16:40

Prezident İlham Əliyev Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə təyyarə qəzası ilə bağlı istintaq prosesini müzakirə edib.

Bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Məlumata görə, telefon söhbəti zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıb və əmin olduqlarını bildiriblər ki, aparılan istintaqın nəticəsində qəzanın başvermə səbəbləri tam şəkildə araşdırılacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR