Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Sərnişinlərlə sürücü arasında şəffaf arakəsmə qoymaq məcburi oldu - RƏSMİ

Sərnişinlərlə sürücü arasında şəffaf arakəsmə qoymaq məcburi oldu - RƏSMİ

Tarix: 4-05-2020, 18:29


“Bu gündən etibarən Bakı Nəqliyyat Agentliyi tərəfindən həm daşıyıcı şirkətlərə, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərə sürücü kabinəsinin şəffaf örtüklə örtülməsi barədə məktub göndərilib”.
Mediabiz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
Onun sözlərinə görə, məktubda “Daewoo” markalı avtobuslarda kabinə şəffaf örtük quraşdırılması və taksilərdə şəffaf arakəsmənin olması tələbi qoyulub:
“Bu istiqamətdə işlərə başlanılıb. Onun icrası ilə bağlı məlumat veriləcək”.
“Bundan əlavə, yeni 18 metrlik avtobusları da marşrut xətlərinə buraxırıq ki, onlarda qoruma digər avtobuslara nisbətən yüksəkdir. Digər hallar da daşıyıcılar və taksi şirkətlərinin bu işi nə qədər çevik etməsindən asılıdır”, - deyə sədr qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR