Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Tibb işçilərinin NƏZƏRİNƏ

Tibb işçilərinin NƏZƏRİNƏ

Tarix: 5-05-2020, 22:58

Sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilir.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Mediabiz.az-a bildirilib ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronavirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasında xüsusi karantin rejimi elan edilib. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 04 may 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
Bununla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı tibb işçiləri, fərdi formada, gün ərzində beş nəfərdən artıq olmayaraq sınaq imtahanlarına və hazırlıq təlimlərinə cəlb edilə bilərlər. Həmçinin, həmin ərazilərdəki tibb işçiləri, eyni qaydada, könüllü olaraq, sertifikasiya imtahanlarında iştirak edə bilərlər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR