Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

''Bu kefdən verilmiş bir qərar deyil, əgər arxayınlaşsaq...'' Millət vəkilindən əhaliyə XƏBƏRDARLIQ

''Bu kefdən verilmiş bir qərar deyil, əgər arxayınlaşsaq...'' Millət vəkilindən əhaliyə XƏBƏRDARLIQ

Tarix: 6-05-2020, 17:22


Milli Məclisin deputatı Ülvi Quliyev Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması sahəsində əldə olunan müsbət dinamikanı qoruyub saxlamaqla bağlı vətəndaşlara çağırış edib.
Metbuat.az xəbər verir ki, o deyib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycana qonşuluqda yerləşən dövlətlərdə pandemiya tüyğan etdiyi dövrdə ölkəmizdə vəziyyət tam nəzarət altında olub.
Deputat hesab edir ki, amma indiki vəziyyət insanlarda arxayınlıq yaratmamalıdır:
“Koronavirusla bağlı qazandığımız nailiyyəti, müsbət dinamikanı qoruyub saxlamaq məsələsi bizim hər birimizdən asılıdır, burada bütün vətəndaşların üzərinə böyük məsuliyyət düşür. İnsanlarımız yenə də qaydalara ciddi şəkildə əməl etməlidirlər, zərurət olmadan evdən çıxmamlıdırlar, küçəyə çıxanda tibbi maska taxmalıdırlar, spirtdən istifadə etməlidirlər, əllərini tez-tez yumalıdırlar, sosial məsafə saxlamalıdırlar, insanların sıx toplaşdıqları yerlərə getməməlidirlər. Mən bir deputat kimi vətəndaşlarımızdan xahiş edirəm arxayınlaşmasınlar, ayıq-sayıq olsunlar. Əks halda çox ağır durumla üz-üzə qala bilərik. Karantin rejimi yumşaldılandan sonra koronavirusa yoluxanların sayında qeydə alınan artım bunu deməyə əsas verir. Bilirəm, vəziyyətə dözmək, günlərlə evdən çıxmamaq çox çətindi. İndi hamımız eyni durumdayıq. Amma unutmamlıyıq ki, bu kefdən verilmiş bir qərar deyil, zərurətdən atılan addımdır. Məqsəd də bizi bəladan qorumaqdır. Gəlin qaydalara əməl etməklə bizi qoruyanlara dəstək olaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR