Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”

Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”

Tarix: 6-05-2020, 18:01

“Nə dövlət, nə ölkə başçısı istəməz ki, karantin rejiminin müddəti uzadılsın. Bu, iqtisadi və bütün resursların bir istiqamətə səfərbər edilməsi baxımından ölkəmizə problem yaradır”.
Mediabiz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.
Sədr bildirib ki, biz vətəndaş olaraq məsuliyyətimizi dərk etməliyik:
“Biz pandemiya dövrünü uğurla başa çatdırmalıyıq. Bu isə bizim üzərimizə düşür. Dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib və yetirəcək”.
O həmçinin qeyd edib ki, ictimai nəqliyyatdan istifadə edərkən maska taxılmalıdır:
“Evə gələrkən yaxınlarımızla görüşməmişdən öncə əllərimizi yumalıyıq. Bunları etməliyik ki, qısa zamanda karantin rejimindən çıxaq və normal həyatımıza qayıdaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR