Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Çavuşoğlunun Suriya ilə bağlı açıqlaması Rusiyada təəccübə səbəb olub

Çavuşoğlunun Suriya ilə bağlı açıqlaması Rusiyada təəccübə səbəb olub

Tarix: 19-11-2019, 17:32

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Suriyanın şimalında hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı dedikləri Rusiya Müdafiə Nazirliyinin təəccübünə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, hərbi əməliyyatların yenidən bərpa edilməsi Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər.
“Türkiyə XİN başçısının hərbi əməliyyatların bərpa oluna biləcəyi ilə bağlı bəyanatı Rusiya və Türkiyə prezidentlərinin imzaladıqları birgə memorandumda qeyd olunduğu kimi nizamlanmaya deyil, ancaq Suriyanın şimalında vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər”, - deyə İ. Konaşenkov qeyd edib.
Xatırladaq ki, M. Çavuşoğlu ABŞ və Rusiyanı Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirməməkdə qınayıb. Nazir bildirib ki, ərazi terrorçulardan təmizlənməyəcəyi təqdirdə, "Barış bulağı" hərəkatı yenidən başlaya bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR