Son Xəbər: Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub, Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH, Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib, Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ, Kəlbəcərdə mina partlayışı olub, Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib,

Azərbaycanda bu sahə üzrə yeni şirkət yaradılır - Nizamnamə kapitalı dörd milyon manatdır

Azərbaycanda bu sahə üzrə yeni şirkət yaradılır - Nizamnamə kapitalı dörd milyon manatdır

Tarix: 7-05-2020, 10:16

Azərbaycanda aqrar sığorta haqlarının yığılması ilə məşğul olacaq ayrıca sığorta şirkətinin - idarəedici qurumun yaradılmasına başlanılıb. 
Bu barədə Report-a sığorta bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, söhbət Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondu əməkdaşlıq edəcək ASC-dən gedir.
“Qanuna görə, Fond sığorta haqlarının yığılmasına ilə məşğul ola bilməz, bunun üçün ayrıca idarəedici qurum olmalıdır və hazırda həmin kommersiya qurumu ölkənin qeyri-həyat sığorta şirkətlərinin iştirakı ilə yaradılmaqdadır”, - deyə o qeyd edib.
Mənbənin sözlərinə görə, yığımla məşğul olacaq yeni şirkətin nizamnamə kapitalının 2-4 milyon manat arasında olması nəzərdə tutulub:
“18 qeyri-həyat sığortası şirkətinin hamısına yeni qurumdan pay almaq təklif olunub. Onlardan artıq dördü – “A-Qrup Sığorta”, “Amrah Sığorta”, “Rəvan Sığorta” və “Standard Insurance” Sığorta Şirkəti idarəedici qurumun nizamnamə kapitalına investisiya qoymaqdan imtina edib.
Qalan 14 sığorta şirkəti isə hələlik mövqeyini bildirməyib, amma yəqin ki, onların da arasında bu layihəyə “yox” deyənlər olacaq.
Ümumiyyətlə, bu bir qədər vaxt aparan prosesdir. Çünki əvvəlcə sığorta şirkətləri səhmdarlarının ümumi yığıncağını çağırıb ayrı-ayrılıqda buna qərar verməlidirlər. Daha sonra bu məsələ Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmalıdır. Çünki prudensial normalar var. Bu mərhələ də keçildikdən sonra idarəedici qurumun yaradılması üçün təsis müqaviləsi imzalanmalıdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR