Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

İranda etiraz aksiyalarında onlarla insan həlak olub

İranda etiraz aksiyalarında onlarla insan həlak olub

Tarix: 20-11-2019, 09:48

İranda yanacağın qiymətinin qaldırılmasından sonra başlayan etiraz aksiyaları davam edir. Sonxeber.az-ın məlumatına görə, BMT-nin İnsan Hüquqları Komissarlığı isə aktivistlərin dağıdılması zamanı bir çox insanın ölmə ehtimalından ehtiyat edir. Artıq onlarla insanın öldüyü barədə məlumatlar gəzir.
"Amnesty İnternational" beynəlxalq təşkilatı isə ən azı 100 nəfərin öldüyünü yazır. Hüquq müdafiəçiləri İran hüquq-mühafizə orqanlarından mitinq iştirakçılarına atəş açmamağı tələb edir. Onlar həm də aksiya təşkilatçılarını dinc aksiya keçirməyə dəvət ediblər.
Qeyd edilir ki, İrandan bir-birini təkzib edən xəbərlər yayılır. Çünki İran hökuməti aksiyalar zamanı interneti söndürüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR