Son Xəbər: Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ, Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub, Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH, Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib, Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ, Kəlbəcərdə mina partlayışı olub, Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib,

Toylara ancaq bu şərtlərlə icazə veriləcək - DİQQƏT!

Toylara ancaq bu şərtlərlə icazə veriləcək - DİQQƏT!

Tarix: 9-05-2020, 14:47


Xəbər verdiyimiz bu gündən etibarən metronun fəaliyyəti başladı. Mayın 11-dən sonra növbəti yumşalmada restoranların və şadlıq sarayların fəaliyyətinə icazə verilə bilərmi?

Mediabiz.az bildirir ki, bununla bağlı Sonxeber-ə danışan deputat Fazil Mustafa bildirib ki, növbəti yumşalmalarda restoranların fəaliyyətinə icazə veriləcək:

“Metro məsələsini bir neçə gün öncə qaldırmışdıq. Çünki avtobuslara daha çox yük düşür. Əlbəttə, metrodan istifadə edənlərdən tibbi maska taxması tələb olunmalıdır. Elə də oldu. Qoruyucu tibbi maska taxmadan kiminsə metroya daxil olmasına icazə verilmir. Düşünürəm ki, metronun açılması ilə vətəndaşların iş yerlərinə çatması asanlaşdı. Düşünürəm ki, növbəti yumşalmada sərt tələblər qoymaqla restoranlar da açıla bilər. 3-4 nəfərdən artıq oturmasına icazə verməmək şərti ilə restoranların fəaliyyətinə icazə verilə bilər.
Hesab edirəm ki, restoranlarda maska taxıb yemək yemək mümkün deyil. Amma bütün hallarda sanitar təhlükəsizlik qaydalara riyaət etmək olunmalıdır. Ən önəmlisi isə vaxt məhdudiyyəti də qoyula bilər. Hər halda bunu addım-addım etmək olar. Vətəndaşı da başa düşmək lazımdır. Yaz gəlib. İnsanlar psixoloji sarsıntılar içində qala bilməz. Amma əvvəlki kimi toyların keçirilməsinə icazə vermək dügün olmazdı. Çünki bizdə toylar koronavirusun yayılma mənbəyi ola bilərdi. Ona görə də bu məsələdə risk etmək olmaz. Amma vətəndaş razılaşsa, toy məsələsi yüngülləşdirilə bilər. Belə ki, kiçik banket zallarında və ya sosial məsafə qorunmaqla 20-30 nəfərdən çox olmamaq şərti ilə toylara icazə verilə bilər. Hətta təklif edirəm ki, gəlin və bəyin adına hesab açılsın. Qohumlar və yaxınlar hansı tərəfə dəstək vermək istəyirsə, o hesaba pul köçürə bilər. Məcbur deyil ki, o toyda iştirak etsin. Qohumlar virtual olaraq da toya qatıla bilərlər. Belə daha məqsədə uyğun olar. Koronavirus təhlükəsi aradan qaldırılandan sonra insanlar normal toylarını keçirə bilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR