Son Xəbər: İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq, Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib,

Azərbaycanda bu telekanal bağlandı

Azərbaycanda bu telekanal bağlandı

Tarix: 20-11-2019, 11:23

Bu gün səhər saatlarından etibarən "ARB Ulduz”un peyk vasitəsilə yayımı dayandırılıb.

Bu barədə Oxu.Az-a "ARB Media Qrup”un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli məlumat verib.
Onun sözlərinə görə, "ARB Ulduz” telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması barədə qərar qəbul edilib. Buna "ARB Ulduz”un ölkənin reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilməməsi səbəb olub."Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Musiqi yönümlü tematik kanal olan "ARB Ulduz” da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi.

"ARB Media Qrup”a daxil olan digər tematik kanal olan "ARB Günəş”in taleyi barədə də danışan Ozal İbrahimli bildirib ki, "ARB Günəş” Azərbaycanın ilk və yeganə tematik uşaq kanalıdır. 

Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alaraq, "ARB Media Qrup” daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR