Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Bütün əməkdaşları işdən uzaqlaşdırılan “Lider” TV-də nə baş verir?

Bütün əməkdaşları işdən uzaqlaşdırılan “Lider” TV-də nə baş verir?

Tarix: 11-05-2020, 14:23


“Lider” telekanalında çalışan bütün əməkdaşlar işdən uzaqlaşdırılıb.

Bu barədə Oxu.Az-a telekanalda çalışan əməkdaşlardan bir neçə nəfər məlumat verib. Onların sözlərinə görə, rəhbərlik birmənalı şəkildə işçilərdən ərizə yazaraq, məzuniyyətə çıxmalarını tələb edib.

Başqa çıxış yollarının olmadığını deyən işçilər məzuniyyətlə bağlı ərizə yazıblar. Ötən ay üzrə əməkhaqlarının verilmədiyini bildirən əməkdaşlar rəhbərliyin bu barədə onlara dəqiq bir söz də demədiyini qeyd ediblər.


İşçilərin böyük hissəsi işdən kənarlaşdırılıb, texniki heyətdən bir neçə əməkdaş saxlanılıb. Bəzi əməkdaşlara isə keçən həftənin şənbə günündən işə gəlməmələri tapşırılıb.

Eyni zamanda, telekanal əməkdaşlarına nə ötən ayın maaşlarının, nə də kompensasiyanın verilib-verilməyəcəyinə dair heç bir söz söylənilməyib.

Telekanal əməkdaşlarının sözlərinə görə, hər kəsin zorla məzuniyyətə göndərilməsinə səbəb “Lider” TV-də yaşanan maliyyə problemləridir.

Telekanalın Xəbərlər Departamenti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR