Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Avtomobillərin qiymətində 3-8 min manat ucuzlaşma var

Avtomobillərin qiymətində 3-8 min manat ucuzlaşma var

Tarix: 12-05-2020, 14:40


Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bəzi sahələrin fəaliyyəti bərpa olunub. Bunlar arasında avtomobil satışı da yer tutur. 

Lakin məlum olduğu kimi, mövcud vəziyyətlə əlaqədar hələ də bazarda müəyyən durğunluq hökm sürür. Bu isə öz növbəsində avtomobillərin qiymətinə ciddi şəkildə təsir edir. Hətta elə bir vəziyyət yaranıb ki, avtosalonlar bəzi köhnə maşınların kreditlə satışına başlayıblar. Maraqlıdır, koronavirus dövründə Azərbaycanda avtomobil satışında nə qədər geriləmə olub? 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtomobil bazarında ciddi durğunluq müşahidə olunmaqdadır. Bunun başlıca səbəbi insanların avtomobil almaq mövzusunda tərəddüd etmələridir. Çünki pandemiyanın nə qədər davam edəcəyi bəlli olmadığına görə əksəriyyət əlindəki vəsaiti avtomobil almaq üçün sərf etmək istəmir: “Məhz bu səbəb görə avtomobil qiymətlərində ucuzlaşma müşahidə edilir. Hazırda avtomobil alqı-satqısı internet üzərindən həyata keçirilir. Bizim müşahidələrimiz göstərir ki, bir-iki ay əvvəl satışa qoyulan avtomobillər, bu gün daha aşağı qiymətə təklif olunur, çünki alıcı yoxdur. Bəzi insanlar var bir aydır ki, müxtəlif saytlarda avtomobilini satışa qoyub, amma bu müddət ərzində bir nəfər belə avtomobillə maraqlanmayıb. Vəziyyət belədir. Ona görə də düşünürəm ki, bu proses hələ 3-5 ay davam edəcək. Düzdür, avtomobil salonları işləyir, ancaq insanların alıcılıq qabiliyyəti yoxdur. Göstərici çox aşağıdır. Əgər vəziyyətdən ilin sonuna yaxın az zərərlə çıxsaq, avtomobil bazarı müəyyən dərəcədə qaydaya düşə bilər. Lakin reallıq odur ki, mövcud vəziyyət bazarın tənəzzülə doğru getdiyini göstərir”. 
Ekspert qeyd edib ki, bazardakı ucuzlaşma təxminən 30-35 faiz civarındadır: “Təbii ki, bu hər avtomobilə aid deyil. Salonların gətirdikləri yeni avtomobillərdə də ucuzlaşma müşahidə olunur. Bəzən bu endirim 3,5, hətta 8 min manat dəyərində olur. Bu, bir növ reallıqları da üzə çıxarır ki, avtomobillər əvvəlcə çox baha satılırmış. Bəlkə də indiyədək bizim bilmədiyimiz şişirdilmiş rəqəmlər mövcud idi. Deməli, avtomobili ucuz qiymətə satmaq mümükün olduğu halda baha təklif olunurmuş. Hər bir halda yaxşı və pis tərəflər üzə çıxdı. Bundan sonra nə olacağını zaman göstərəcək. Bazarda onsuz da heç vaxt stabil dövr olmayıb, həmişə yeniliklər olub. Sadəcə təəssüflər olsun ki, bu yeniliklər heç vaxt vətəndaşın xeyrinə olmayıb, bu problemdir, yəqin ki, tez zamanda arxada qalacaq”. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR