Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO

Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü - ANBAAN VİDEO

Tarix: 14-05-2020, 12:49

Mayın 12-də Kürdəmir rayonunda “Dördyol” kimi tanınan ərazidəki “Cavidan” marketin qarşısında 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlunun tanışı, 30 yaşlı sakini İslamov Rahim Nəsir oğlu tərəfindən çoxsaylı bıçaq zərbələri ilə öldürülməsi barədə məlumat vermişdik.

Mediabiz.az xəbər verir ki, hadisə marketin kamerası tərəfindən anbaan lentə alınıb.

Görüntülərdən məlum olur ki, C.Cəbrayılovla R.İslamov marketin önündə dalaşmağa başlayırlar və bir-birinin yaxasından tuturlar. Bu zaman Cəmşid Rahimə yumruqla, qarşı tərəf isə bıçaqla ona zərbələr endirir. Çoxsaylı bıçaq zərbələri alan C.Cəbrayılov ayaq üstə qala bilsə də, səndələməyə başlayır və bir neçə saat sonra xəstəxanada daxili qanaxmadan ölür.
İlkin araşdırmalar zamanı məlum olub ki, C.Cəbrayılov kriminal aləmə yaxın şəxs olun. Hər iki şəxs əvvəllər birlikdə məhkumluq həyatı yaşayıb və bir-birlərini tanıyıblar. Münaqişənin kiçik mübahisədən qaynaqlandığı üzə çıxıb.
Artıq qətli törədən şəxs axlanılıb və onun barəsində cinayət işi başlanıb.
Qətl hadisəsini əks etdirən videonu və öldürülən C.Cəbrayılovun bəzi fotolarını təqdim edirik. (Publika)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR