Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

SOCAR: “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur”

SOCAR: “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur”

Tarix: 14-05-2020, 15:50

Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu qəbul edib.
SOCAR-dan verilən məlumata görə, Fransa şirkətləri ilə SOCAR-ın əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə səfir energetika sahəsinin Fransa və Azərbaycan arasında əməkdaşlığın əsas sütunlarından olduğunu qeyd edib, bu münasibətlərin səmərəli inkişafından məmnunluğunu bildirilib.
Fransanın TOTAL şirkətinin “Abşeron” layihəsində SOCAR-la birlikdə iştirak etdiyi, bu layihənin uğurlu icrasının Fransa üçün də böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd olunub ki, COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada hökm sürən iqtisadi tənəzzülə baxmayaraq, “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur, işlər plan üzrə davam etdirilir. Yaxın müddətdə birinci fazanın işlənməsi çərçivəsində ilk məhsulun çıxarılması planlaşdırılır.
Görüşdə Fransanın digər şirkəti, mühəndislik sahəsində zəngin beynəlxalq təcrübəyə malik “Technip”in SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin modernizasiyasında baş podratçı qismində iştirak etməsinə toxunulub, bu layihənin də qrafikə əsasən uğurla icra olunduğu bildirilib.
Səfir, həmçinin, SOCAR-ın dəstəyi ilə fəaliyyət göstərən fransız liseyinin fəaliyyətindən söz açıb, təhsil müəssisəsini bir neçə dəfə ziyarət etdiyini söyləyib və orada təhsil alan şagirdlərin valideynlərinin məmnunluğunu Rövnəq Abdullayevin diqqətinə çatdırıb.
Tərəflər, həmçinin, Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib, gələcək tərəfdaşlıq üçün uğurlu perspektiv vəd edən digər istiqamətlərə dair ətraflı fikir mübadiləsi aparıblar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR