Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Samirə Musayeva kimdir? - DOSYE

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Samirə Musayeva kimdir? - DOSYE

Tarix: 14-05-2020, 18:15

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.
 
Mediabiz.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin Fərmanı ilə Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
 
Məlumat üçün bildirək ki, 1985-ci ildə anadan olan Samirə Musayevanın  sonuncu iş yeri Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsi olub.
 
2008-ci ildən – 23 yaşından Vergilər Nazirliyində çalışan Samirə Musayeva 2003-cü ildə orta təhsilini başa vuran Samirə Musayeva, həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
 
 
Daha sonra o, 2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin  hüquq fakültəsində magistr təhsili alıb. Samirə Musayeva, magistr təhsilinidə fərqlənmə diplomu ilə bitirib.
2007-ci ildə ali təhsilini başa vuran Samirə Musayeva, həmin ildəcə sənədlərini yeni yaradılan Bakı Apelyasiya Məhkəməsinə verib. 22 yaşında Bakı Apelyasiya Məhkəməsi sədrinin köməkçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 6 ay çalışdıqdan sonra Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə hüquqşünas kimi işə qəbul olunub.
 
2 il sonra - 2010-cu ildə Samirə Musayeva Vergilər Nazirliyi  Hüquq Baş İdarəsinin rəis müavini, 2011-ci ildə isə Vergilər Nazirliyi  Hüquq Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
 
Samirə Musayeva "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
 
2016-cı il fevralın 5-də Samirə Musayeva Vergilər Nazirliyi  Vergi siyasəti və Strateji araşdırmalar Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
 
 
2017-ci ildən isə Vergilər Nazirliyi  Vergi siyasəti və Strateji araşdırmalar Departamentinin baş direktoru olub.yeniavaz.com




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR