Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Teledərslər bayram günlərində də yayımlanacaq

Teledərslər bayram günlərində də yayımlanacaq

Tarix: 19-05-2020, 12:21

“Mədəniyyət” kanalında yayımlanan teledərslər mayın 23-dən 30-dək olan bayram günlərində də yayımlanacaq.
Mediabiz.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, teledərslərin sonuncu buraxılışı iyunun 12-də efirə gedəcək.
O, müəyyən olunan müddətdə proqramın tam əhatə olunacağını da söyləyib.
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, martın 3-dən ölkənin bütün təhsil müəssisələrində təlim-tədris dayandırılıb. Bu məqsədlə 11 mart tarixindən etibarən televiziya vasitəsilə teledərslər layihəsi adı altında dərslərə start verilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR