Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Azərbaycanda 53 yoluxmanın olduğu məhəlləyə giriş-çıxış bağlandı - SON DƏQİQƏ / DİN-dən AÇIQLAMA

Azərbaycanda 53 yoluxmanın olduğu məhəlləyə giriş-çıxış bağlandı - SON DƏQİQƏ / DİN-dən AÇIQLAMA

Tarix: 19-05-2020, 14:06

Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçənin bir qrup sakini karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.

Metbuat.az bildirir ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həmin şəxslərlə söhbət aparılıb və onlar bu fikirlərindən daşınıblar.
Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Apa"-ya açıqlamasında qeyd edib ki, Yevlaxda həmin məhəllədə bir qrup sakin karantin rejiminin tətbiqinə etiraz olaraq toplaşıblar:
“Son günlər ən çox koronavirusa yoluxma hallarının baş verdiyi yerlərdən biri məhz Yevlax şəhəridir. Belə ki, son günlər Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər həmin məhəlləyə giriş-çıxışa məhdudiyyət tətbiq ediləcək. Məhəllədə yaşayan insanlar bəziləri karantin rejimin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb. Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR