Son Xəbər: Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib, İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq, "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib, İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb,

Daha bir cinayət: Qətlə yetirilən şəxs məhşur futbolçununanası imiş.

Daha bir cinayət: Qətlə yetirilən şəxs məhşur futbolçununanası imiş.

Tarix: 24-10-2019, 10:15

Əri tərəfindən öldürülən qadın millimizin sabiq futbolçusunun anası imiş

Əri tərəfindən öldürülən qadın millimizin sabiq futbolçusunun anası imişİyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında Təranə Novruzova əri Zahid Novruzov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.
Həmin şəxslər Azərbaycan Premyer Liqasının 2014/15 mövsümündə ən çox qol vurmuş futbolçu Nurlan Novruzovun valideynləri imiş.
Nurlan Novruzov bu gün keçirilmiş məhkəmə prosesində anasının atası tərəfindən ehtiyatsızlıqdan öldürülmədiyini, qəsdən bu addımı atdığını, əvvəllər də anasını döydüyünü bildirib.
Əvvəllər məhkumluq həyatı yaşamış Laçından olan məcburi köçkün, 61 yaşlı Zahid Novruzov iki güllə ilə öldürdüyü həyat yoldaşını qısqanclığa görə öldürmədiyini bildirib, bunu silahı təmizləyərkən ehtiyatsızlıq etdiyini vurğulayıb.
Daha sonra özünü öldürmək istəsə də, silah əlindən sürüşüb və güllə boğaz nahiyəsinə dəyib. Lakin 1 saylı Şəhər Kliniki Xəstəxanasında onun həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, 26 yaşlı Nurlan Novruzov Azərbaycanda "Bakı", "Sumqayıt", "Zirə", "Səbail", Türkiyədə "Dərsim 62 Spor" və "Şanlıurfa Bələdiyəspor" klublarında oynayıb. O, iyulun 25-də Moldovanın "Dinamo-Avto" klubu ilə müqavilə imzalayıb.
2012-ci ildə Hafiz Məmmədova məxsus "Bakı" klubu ilə ölkə kubokunu qazanmış Nurlan Novruzov 2014/15 mövsümündə bu klubun heyətində çıxış edərkən Premyer Liqanın bombardiri olub. Əvvəllər 19 və 21 yaşadək millimizin üzvü olmuş hücumçu 2015-ci ilin avqustunda Robert Prosineçki tərəfindən milliyə çağırılsa da, sonra heyətdən uzaqlaşdırılıb.
 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR