Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

“Laçın” tankeri ilk səfərinə çıxıb

“Laçın” tankeri ilk səfərinə çıxıb

Tarix: 20-05-2020, 15:28


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gəmiqayırma zavodunda inşa edilən və ilk milli istehsal olan "Laçın” tankeri ilk səfərinə çıxıb.
Mediabiz.az SOCAR-a istinadən xəbər verir ki, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Gürcüstanın Kulevi limanına yola düşüb. Gəmi oradan Türkiyəyə hərəkət edəcək.

Tanker Qara və Aralıq dənizləri hövzələrində maye yükdaşımaları həyata keçirəcək. Gəminin heyəti 14 nəfərdən ibarətdir. Onun uzunluğu 141 metr, eni 16,9 metr təşkil edir.
Qeyd edək ki, "Laçın” tankerinin istismarına başlanması ilə Xəzər dənizindən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-si quru yük gəmisi, 3-ü tankerdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR