Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Putinlə bağlı ŞOK İDDİA

Putinlə bağlı ŞOK İDDİA

Tarix: 21-05-2020, 22:40

Bütün demokratik ölkələr koronavirusla eyni dərəcədə yaxşı mübarizə apara bilmədilər.
 
Bunu Frimen Spoqli adına Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru, Stanford Universitetinin əməkdaşı və “Vaşinqton Post” qəzetinin şərhçisi Maykı Makfol bildirib.
 
Onun Rusiya Prezidenti Vladimir Putinə həsr etdiyi və “Vaşinqton Post” qəzetində dərc olunan məqaləsində deyilir: “Cənubi Koreya, Tayvan, Yeni Zelandiya və Almaniya kimi ölkələr İtaliya, Fransa, Böyük Britaniya, Braziliya vəABŞ-dan daha yaxşı nəticələr əldə etdilər. Lakin demokratik ölkələrdə vətəndaşların fikirlərini ifadə etməsi və dövlətin səmərəliliyini qiymətləndirməsi üçün daxili bir mexanizm var. Noyabr ayında ABŞ seçiciləri səsvermə zamanı Trampın nəticələrini qiymətləndirə biləcəklər. Bir şərtlə ki, sağlam, azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şəraiti yarada bilək”.
 
Daha sonra müəllif qeyd edir ki, avtokratik ölkələrdə isə vəziyyət fəqrlidir:
 
“COVID-19 Rusiyanın güclü dövlət, Putinin isə güclü lider olduğu haqda mifi alt-üst etdi. Vətəndaşların epidemiyaya qarşı mübarizə ilə bağlı narazılığını dinc və ləyaqətli şəkildə ifadə edə biləcəyi azad və ədalətli seçkilərin olmadığı cəmiyyətdə yalnız iki yol var: rejimin dəyişdirilməsi və ya repressiyaların sərtləşdirilməsi. Xəstəxanaları, yolları və məktəbləri göz ardı edən Putin dövlətin potensialını yalnız bir istiqamətə yönəltdi: məcburiyyət vasitəsilə nəzarət. Ona görə də təəssüf ki, ikinci variant daha inandırıcıdır”.\\Teleqraf.com




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR