Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

“ASAN xidmət”də aşkarlanan nöqsanların statistikası açıqlandı

“ASAN xidmət”də aşkarlanan nöqsanların statistikası açıqlandı

Tarix: 22-05-2020, 14:25


Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində xidmətin təşkili və davranış qaydalarına əməl edilməməsi (iş vaxtı rejiminə əməl edilməməsi, xidmət zamanı telefonla danışma, geyim qaydalarını pozma və s), xidmətin keyfiyyəti (operativlik, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə əməl etməmə, qanunu tələblərin yerinə yetirilməməsi) və normativ hüquqi aktların tələblərinə riayət olunmaması (əlavə sənəd tələb etmə, xidmət barədə tam, dolğun məlumat verməmə və s) ilə bağlı nöqsan hallarlının qeydiyyatı aparılıb.

Mediabiz.az report-a istinadən xəbər verir ki, ümumilikdə, 2019-cu ildə ərzində 16 “ASAN xidmət” və 2 “ASAN Kommunal” mərkəzində həyata keçirilən nəzarət və müşahidə tədbirləri nəticəsində 8 602 nöqsan halı qeydə alınıb.

Qeyd edilən nöqsanlar təhlil edilərək gələcəkdə belə halların baş verməməsi üçün əməkdaşlar və onların bilavasitə rəhbərləri məlumatlandırılıb, onlara xəbərdarlıq edilib, bununla əlaqədar bir çox əməkdaş əlavə təlimlərə cəlb olunub.
Hesabat dövrü ərzində mərkəzlərdə orqan əməkdaşları barəsində nəzarət və qiymətləndirmə qaydalarına uyğun 5 650 şifahi xəbərdarlıq (ümumi qeyd olunmuş nöqsan hallarının 65,68 faizi), 1 991 yazılı xəbərdarlıq (ümumi qeyd olunmçuş nöqsan hallarının 23,15 faizi), 961 bildiriş (ümumi qeyd olunmuş nöqsan hallarının 11,17 faizi) tərtib olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR