Son Xəbər: KİV: İsrail İordan çayının qərb sahilində öz suverenliyini elan edə bilər, Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək, Ərdoğan Putin və Zelenskinin hələlik görüşə hazır olmadığını bildirib, Ərdoğan: Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur, Zakir Həsənov Vyetnamda hərbi paradda iştirak edib, Prezidentin Çində qaldığı hotelin heyəti ilə səmimi görüntüləri - Video, Türkiyə XİN-dən Minsk Qrupunun ləğvi ilə bağlı qərara - Münasibət, Məktəbli formaları ilə bağlı - Xəbərdarlıq, Abşeronun bu ərazilərində işıq KƏSİLƏCƏK, DİM-dən xəbərdarlıq: ixtisas seçimi bu gün başa çatır,

Baş nazirdən yeni - QƏRAR

Baş nazirdən yeni - QƏRAR

Tarix: 21-11-2019, 09:00

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin qərarı ilə sənədə əlavələr edilib.

Bu qaydalar Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2019-2023- cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanıb.
Azərbaycanın müvafiq ali təhsil müəssisəsində beynəlxalq ikili diplom proqramının həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərini tənzimləyir.

Dövlət proqramı çərçivəsində maliyyələşdirilən beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının, təhsil səviyyələrinin seçim meyarları və fəaliyyətin idarə olunması Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
Beynəlxalq ikili diplom proqramının təşkili, həyata keçirilməsi Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR