Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Azərişıq qeyri-iş günlərində istehlakçıları fasiləsiz enerji ilə təmin edəcək

Azərişıq qeyri-iş günlərində istehlakçıları fasiləsiz enerji ilə təmin edəcək

Tarix: 23-05-2020, 15:12




Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ramazan bayramı ilə əlaqədar müəyyən etdiyi 8 günlük qeyri-iş günləri enerji istehlakçılarının, habelə bayram yarmarkalarının keçirildiyi yerlərin fasiləsiz enerji təchizatının təmin olunması məqsədilə texniki və təşkilatı tədbirlər görülüb.

Bunu report-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəisi Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, qurumun Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib:

“Azərişıq" əməkdaşları koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyi vaxtdan gücləndirilmiş iş rejimində çalışır. Qarşıdan gələn bayram günlərində də bu rejimdə fəaliyyətimiz davam edəcək. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb. Elektrik şəbəkələrinin normal iş rejimi təmin olunmaqla bayram günlərində RETSİ-lər və rayon (şəhər) Elektrik Şəbəkələri üzrə növbətçilik təşkil edilib”.

"Azərişıq" sözçüsü istehlakçılara da müraciət edib: "İstehlakçılardan xahiş edirik ki, baş verə biləcək hər hansı kəsinti və qəza hallarını aradan qaldırmaq üçün 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzinə müraciət etsinlər".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR