Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

“Azərbaycanda koronavirusa yoluxma halları getdikcə artır” – Deputat

“Azərbaycanda koronavirusa yoluxma halları getdikcə artır” – Deputat

Tarix: 25-05-2020, 23:40


Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirusun yayılmasının qarşının alınması ilə bağlı mövcud təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir.
Bunu Milli Məclisin Arqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Artıq müəyyən ölkələrdə bununla bağlı cərimələrin tətbiq edildiyini deyən deputatın sözlərinə görə, bəzi dövlətlərdə təlimatlara əməl etməyənlərə qarşı həbs-qətimkan tədbiri də seçilib.
Son günlər Azərbaycanda da koronavirusa yoluxma hallarının artdığını deyən T.Rzayev bunun insanların təlimatlara əməl etməməsinin nəticəsi kimi dəyərləndirib:
“Bu, insanların kütləvi şəkildə bir yerə toplanmasının, qaydalara əməl etməməsinin, qapalı məkanlarda tibbi maskadan istifadə etməməsinin nəticəsidir. Əslində, tətbiq edilən qayda-qanun insanların özlərinin sağlamlığı üçün vacibdir. Dövlətin səlahiyyətli şəxsləri, mütəxəssislər tərəfindən də dəfələrlə də bildirilib ki, insanlar öz sağlamlıqlarını qorumaq üçün qaydalara, təlimatlara əməl etməlidirlər. İnsanlar şüurlu şəkildə dərk etməlidirlər ki, dövlət bu xəstəliklə mübarizəyə kifayət qədər böyük məbləğdə vəsait sərf edərək onların sağlamlığının qayğısına qalırsa, o, özü də bunun üçün çalışmalıdır. Amma təəssüf ki, biz bu gün bunu müşahidə etmirik. İnsanların laqeydliyinin, məsuliyyətsizliyinin nəticəsi olaraq, ölkədə koronavirusa yoluxma halları getdikcə artır. Bu da bizi olduqca narahat edir”.\\Trend




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR