Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

İlham Əliyev Sumqayıtda - YENİLƏNİB

İlham Əliyev Sumqayıtda - YENİLƏNİB

Tarix: 21-11-2019, 14:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
14:39
Noyabrın 21-də Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Dövlətimizin başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
14:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edək ki, “Nizami” kinoteatrı “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinə məxsusdur.

14:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə geniş nitq söyləyib.
Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Şöhrət” ordenli Əməkdar müəllim Ofeliya Babayeva, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov, 1 nömrəli poliklinikanın baş həkimi Arzu Bəndəliyeva, Əməkdar inşaatçı Maqsud Maqsudov, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Cəlal Məmmədov çıxış ediblər.
14:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verib.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR