Son Xəbər: Maliyyə Nazirliyi Rəqəmsal Maliyyə Mərkəzi ilə bağlı qərarı şərh edib, Litvanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb, Ermənistanda KTMT-nin sabiq Baş katibi Xaçaturovun oğlu beynəlxalq axtarışa verilib, DTX tərəfindən saxlanılan Məmməd İbrahimli həbs olunub, Rusiyanın Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı 4-ə, yaralananların sayı 22-yə çatıb - YENİLƏNİB, Gürcüstanın hakim partiyası BBC-ni məhkəməyə verir, Zərdabda yol təmirinə 2 milyon manat ayrılıb, DTX tərəfindən saxlanılan Məmməd İbrahimə ittiham irəli sürülüb, Hikmət Hacıyev: Rəsmi Bakı sanksiyalar məsələsində ayıq-sayıqdır, Binanın damında 13 yaşlı qıza əxlaqsızlıq edən gəncə - 2 il həbs!,

Üzrü qəbahətindən betər “Müsavat” - Mühacir alverçisinin daha bir cinayəti

Üzrü qəbahətindən betər “Müsavat” - Mühacir alverçisinin daha bir cinayəti

Tarix: 21-11-2019, 15:02

Müsavat Avropa Koordinsiya Mərkəzi (AKM) “mühacir alveri” barədə ittihamlara guya cavab verib, əslində bu cavabla qəbahətlərinin daha böyük olduğunu etiraf edib.
Belə ki, AKM bu gün cəmiyyətdəki fikirləri mühacir alverindən yayındırmaq və özlərini təmizə çıxarmaq məqsədi daşıyan bir bəyanat verib.
Təşkilatın bəyanatında deyilir: “Müsavat AKM olaraq araşdırmalardan sonra bizə məlum olan budur ki, Mehdi Xəlilbəyli haqqında hələlik sübut olunan fakt yük daşınmalarından gələn gəlirləri gizlətmək və vergidən yayınmaqdır. Bu hallar isə bütün Avropada çox böyük cinayət hesab olunur və ağır cəzası var”.

Bu yanaşmadan tam aydın olur, Müsavat AKM məsuliyyəti üzərindən atmağa çalışır. Hətta “Bu hallar Avropada çox böyük cinayət hesab olunur və ağır cəzası var” deməklə Avropaya, onun qanunvericiliyinə yaltaqlanırlar. Sanki gələn gəliri gizlətmək, vergidən yayınmaq halları digər ölkələrdə xoşhallıqla qarşılanır.
O boyda Almaniyanın hüquq mühafizə orqanları bu adamlar barədə “mühacir alveri” ittihamı ilə rəsmi cinayət işi açır, məhkəmə qərar çıxarır, bunlar isə hələ də öz çaldıqları havaya oynamaq istəyirlər. Hərhalda, utanmırlar. Atalar elə bunlar üçün deyib də - “utanmasan, oynamağa nə var ki...
Bu yerdə xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.
Məlum olub ki, həbs edilənlər Almaniyada “miqrant alveri” ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinir.
Trend.az




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR