Son Xəbər: Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir, Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib, Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb, Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib, Sabahdan Bakıda və rayonlarda külək güclənəcək, 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır, Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub, Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib, Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək, Prezident İlham Əliyev "Sabah"ı təbrik edib,

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

Tarix: 11-07-2026, 15:09

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.

Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa edilib və hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub, transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və Bayraq Meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Qeyd edək ki, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.

İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.

Dövlət başçısı kənd sakini Əsəd Əsədovun evində olub.

Sonra Prezident İlham Əliyev kəndə qayıdan sakinlərlə görüşüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR