Son Xəbər: AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb, Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək, Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq, Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq, Naxçıvanda əhalinin sayı artıb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək, Sabah rayonlara yağış yağacaq, İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib, Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib, Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub,

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq

Tarix: 13-07-2026, 12:47

Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib.

Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti dünyanın dəyişdiyini, yeni təhdidlərin və təxribatların ortaya çıxdığını bildirib.

"Biz gələcəyə baxmalıyıq, dünya dəyişir, yeni təhdidlər və təxribatlar ortaya çıxır. Kimsə fikirləşirsə ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, bu heç vaxt olmayacaq, bu mübarizə daimi olmalıdır. Mübarizə öz hüquqlarımızı və milli kimliyimizi qorumaq üçündür, mübarizə öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçündür. Bir çox misallar var ki, bəzi ölkələr və onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu onları qoruyacaq, amma nəticə etibarilə qurban olurlar, böyük oyunların qurbanları. Bizim xalqımız həm işğal görüb, həm dağıntı görüb, həm zəfər, həm də bərpa görüb və bunun iştirakçısıdır", - İlham Əliyev deyib.

Prezident bəyan edib ki, milli kimlik, milli ləyaqət hər şeydən üstün olmalıdır:

"Məğlub ola bilərsən, amma gərək heç vaxt əyilməyəsən, sınmayasan, heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diqtəsi ilə oturub durmayasan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvə-nəticələrinə bunu aşılayasan. Ona görə də bizim gələcək inkişafımız gənc nəsillə bağlı olacaq. Onlar da bizim kimi vətənə bağlı, mətin, iradəli, güclü olmalıdır ki, Azərbaycan da daim yüksəklərdə olsun".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR