Son Xəbər: Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL, Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Baş nazirdən yeni qərar: Bu tələbələrə ödəniş EDİLƏCƏK, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu Bəyanat yaydı, Müdafiə naziri: Ali Baş Komandanın Ordumuzun gücünü bir daha qeyd etməsi istənilən təxribatlara qarşı məsuliyyətimizi artırır, Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı, Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO, Azərbaycanda zəlzələ olub, İranda elmi işini hicabsız müdafiə edən xanım bir il azadlıqdan məhrum edilib, UEFA-dan azərbaycanlı mütəxəssisə növbəti TƏYİNAT,

Kimlər marketoloq ola bilməz? - AÇIQLAMA

Kimlər marketoloq ola bilməz? - AÇIQLAMA

Tarix: 2-06-2020, 15:38

Dünya ölkələri ilə müqayisədə Azərbaycanda marketinq sahəsindəki vəziyyət bir o qədər də ürəkaçan deyil. Pandemiya dövrü isə bu sahəyə bir az da təsir etdi.
Son günlər karantin rejiminin yumşaldılması ilə əlaqədar bəzi şirkətlər maraqlı layihələri ilə durğunluğu pozub. Onlardan biri “Paşa Sığorta”nın həyata keçirdiyi layihədir. Şirkət Şəkinin mərkəzində görüntülənən ayının sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmasından çox maraqlı reklam kimi istifadə edib. Bu reklam real vaxta hesablanan ən uğurlu addım kimi qiymətləndirilə bilər.
Oxu.Az ölkənin marketinq sahəsində baş verən vəziyyəti nəzərdən keçirib. Ölkəmizdə şirkətlərin bu istiqamətdə ata biləcəyi addımları, eləcə də marketinq mütəxəssislərinin sektora nə dərəcədə hakim olub-olmadıqları da bu sahənin inkişafında rol oynayan mühüm amillərdən biridir.
Nə üçün bu sahədə plagiatlıq nəzərə çarpır? Yeni ideyalarla gündəmə gəlmək çox çətindir?
Tanınmış marketoloq Müşviq İskəndərov mövzu ilə əlaqədar fikirlərini bizimlə bölüşüb. Marketoloq bildirib ki, ölkədə mövcud vəziyyətdən uğurlu istifadə edən şirkətlərin sayı azdır:
“Pandemiya dövrü marketinq sahəsi üçün durğunluq kimi dəyərləndirilməməlidir. Əsl durğunluq pandemiyadan sonra yaşanacaq. Bu böhrana hazırlaşmaq üçün şirkətlər müxtəlif strateji addımlar atıblar. Yerli şirkətlərin marketinq təcrübələri mövcud vəziyyətə hazır olmadıqlarını göstərdi. Çünki dünya təcrübəsində müşahidə etdiyimiz addımlar tam tərsini göstərir.
Artıq bəzi yerli şirkətlərin marketoloqları vətəndaşlara sosial çağırışlar etməyə başlayıblar. Təbii ki, bunlar arasında uğurlu və uğursuz reklamlar da oldu. Bəzi şirkətlər duyğusal məqamlara üstünlük verərək, insanların yanında olmağa çalışdılar. Bu, qida və qeyri-qida sektoruna da aiddir”.
M.İskəndərovun sözlərinə görə, bəzi ölkələrdə pandemiya dövründə müştərilərlə şirkət rəsmiləri arasında münasibətlərin formalaşmasında mühüm nəticələr əldə olunub:
“Çox uzağa getməyə ehtiyac yoxdur. Türkiyənin təcrübəsinə baxsaq, bunu aydın görərik. Bu ölkədə müştərilərə yerində xidmətdən əlavə, məhsulların mağazaya yaxınlaşmadan da satışı həyata keçirilirdi. Lakin əhalinin gəliri bir qədər aşağı olan ölkələrdə əsas hədəf qiymət məsələsidir. Yerli şirkətlərimiz də bu məqamlara diqqət etməli, endirimlərə köklənməli idilər. Bu məqama diqqət edilməməsi marketinq sektoru üçün bir qədər uğursuzluq kimi qiymətləndirilir. Təəssüf ki, yerli markalar aktiv olmadılar. Verilən mesajlar isə daha çox məhsulların tanınmasına xidmət edirdi.
Bundan başqa, digər ölkələrdə mobil operatorlar abonentlərə pulsuz dəqiqələr, əlavə internet tarifləri verməklə uğurlu addım atdılar. Bizdə təəssüf ki, yerli mobil operatorlar daha çox yeni xidmətlərinin tanıtımına kökləndilər. Ümid edirəm ki, bu məqamlar növbəti dəfə şirkətlərin marketoloq departamentlərinin əməkdaşları tərəfindən dəyərləndiriləcək”.
Bəs kimlər marketoloq ola bilməz? Bu günün reallığı odur ki, bütün sahələrdə qeyri-ixtisas peşə sahibləri çalışır. Lakin bəzi spesifik sahələr var ki, orada uğur qazanmaq üçün təhsil almaq şərtdir. Marketinq sektorunda hər kəs marketoloq ola bilər?
M.İskəndərov mövzu ilə əlaqədar fikirlərini bölüşüb:
“Son beş il ərzində marketinq sahəsi dəb halını almağa başladı. Şirkətlərdə təcrübə keçənlər, reklam işi aparanlar və xarici ölkələrdə PR oxuyan şəxslər də marketoloq kimi çalışırdılar. Bu, neqativ nəticələrini göstərdi. Hər kəs marketoloq ola bilməz. Çünki bu sektorda çalışmaq üçün onun incəliklərini bilmək lazımdır. Marketinq iş sahəsi deyil, bu bir elmdir. Marketoloq müştərinin nə istədiyini, harada nə tələb olunduğunu bilməlidir. Bu sahədə iqtisadi təhsili olan və bazarı analiz edə biləcək şəxslər çalışa və sektora yenilik gətirə bilərlər.
Hər ölkədə istehlakçı fərqlidir və maraqlar müxtəlifdir. Bu məsələyə lokal yanaşılmalıdır. Elə məqamlar var ki, qiymət amili müştərini sevdiyi məhsuldan ayıra bilər. Ona görə marketinq üçün ümumi məqamlar deyil, tələb və təkliflər önəmlidir. Əsasən də normal marketinq mütəxəssisi real vaxtdan maksimum müsbət yararlanmalı, bazarı daim müşahidə etməlidir. Marketinq sektorunda “real time” məsələsi kifayət qədər uğurlu ola bilər. Bunun özü də xüsusi diqqət və kreativlik yarada bilər. Bizim yerli şirkətlər təəssüf ki, sosial çağırış üçün özəl, xüsusi bayram günlərini gözləyirlər. Lakin düşünürəm ki, bu gün sosial media üzərindən məhsulların reklamı, müştərilərin tələbləri nəzərə alına bilər. Eyni zamanda, “real time” dəyərləndirməsindən yerində və zamanında istifadə etməklə kütlənin diqqətini çəkmək müsbət addımdır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR