Son Xəbər: Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH, Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub, Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib, Sabah Azərbaycanda 39 dərəcə isti olacaq, Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib, Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək, Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib, Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər, Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb, Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq,

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Tarix: Bugün, 15:50

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Ötən gün İraqın Baş naziri Əli əz-Zeydi Türkiyəyə səfər edib. Bu, ABŞ və İrandan sonra onun üçüncü ölkəyə rəsmi ziyarətidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hökumət başçısının təkbətək görüşdən sonra onların iştirakı ilə hər iki ölkənin nümayəndə heyətləri arasında müxtəlif sahələr üzrə müqavilələr imzalanıb.

Rəsmi Ankara ilə Bağdad arasında son on ildə iqtisadi ticarət əlaqələri inkişaf edir.

Baş nazir Əli əz-Zeydinin Türkiyəyə ziyarəti zamanı vurğulanan əməkdaşlıq sahələri arasında ilk növbədə, energetika, ticarət sahələrində əməkdaşlığın inkişafı prioritet hesab olunur. Əsas xətt İraq neftinin Türkiyəyə ixracı, habelə cümhuriyyətdən quru-tranzit yolu kimi yararlanmaqdır. Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əli əz-Zeydinin birgə açıqlamasında da bu məsələ qeyd olunub.

Türkiyə Prezidenti bildirib ki, İraqla ötənilki ticarət dövriyyəsinin həcmi 17 milyard dollar olub. O, həmçinin deyib ki, qonşu dövlət Türkiyəyə bir milyon barel neft tədarükü öhdəliyini üzərinə götürüb.

Əli əz-Zeydi isə öz növbəsində belə deyib: "Türkiyəyə neft verə bilərik, bir milyon barel. Başqa yerə möhtac olmayın. Başqa yerə möhtac olmağa ehtiyac yoxdur. Qonşuyuq. İnşallah, bir milyon barel neft tədarükü ehtiyacımızı qarşılayacaq".

Ötən gün ölkələr arasında imzalanan müqavilə enerji sahəsindəki tərəfdaşlıq baxımından yüksək qiymətləndirilir. Tərəflər yaxın zamanda energetika sahəsində əməkdaşlığa dair əhatəli müqavilə imzalamağı da hədəfləyirlər.

Yaxın Şərqdə son illər davam edən hərbi əməliyyatlar, silahlı münaqişələr terror hadisələri və başqa bu kimi qarşıdurmalar regiondan enerji nəqlində də müəyyən çətinliklər yaradıb. Ona görə də tərəflər yalnız müdafiə məsələlərində deyil, energetika və nəqliyyat sahələrində əməkdaşlıqlarını dərinləşdirməyə çalışacaqlarını bildiriblər.

Türkiyə Prezidentinin sözlərinə görə, körfəz bölgəsinin dünya ilə əlaqəsinin İraq üzərindən təmin edilməsində "İnkişaf Yolu" layihəsi mövcud hadisələr fonunda həmişəkindən daha vacibdir. Kərkük-Ceyhan neft kəmərinin tam gücü ilə işləməsi, Bəsrədən Ceyhana yeni neft kəmərinin yaradılması və İraqın Əl-Fau limanının Türkiyə vasitəsilə Avropa ilə birləşməsinə yönəlmiş "İnkişaf Yolu" layihəsinin günün tələblərindən olduğu da görüşdə vurğulanıb.


Ərdoğan qeyd edib ki, BP-nin operatorluğunu həyata keçirdiyi Kərkük istehsal sahəsində Türkiyə Neft Şirkətinə tərəfdaşlıq verilib. O bu məsələni "tarixi addım" adlandırıb.

İraq Türkiyənin beşinci ən böyük ticarət tərəfdaşıdır. Bu ölkənin podratçıları İraqda ən çox layihə həyata keçirən ölkələr arasında üçüncü yerdədir. Türkiyə şirkətləri qonşu ölkədə 40 milyard dollara yaxın dəyərində 1 150-dən çox layihəni reallaşıdırb.

Bu görüş də təsdiqləyir ki, Türkiyə İraqın regionda ən vacib tərəfdaşıdır. Tərəflər mövcud şəraitdən istifadə edərək ticarət dövriyyəsinin həcmini 30 milyard dollara çatdırmağı hədəfləyirlər. Ona görə də rəsmi Ankara ticarət, enerji və nəqliyyat dəhlizlərinin gücləndirilməsinin ortaq prioritet vəzifə olduğunu bildirir.

İkinci vacib məsələ İraqın təhlükəsizliyidir. İraq uzun illər terrorçu qruplaşmaların yerləşdiyi ölkələrdən olub. Türkiyə, İraqın şimalında, sərhəddən kənarda PKK terror qruplaşması və qollarının varlığını sona çatdırmaq məqsədilə hərbi əməliyyatlar həyata keçirir.

Türkiyə silsilə antiterror əməliyyatları ilə həm özünün, həm də İraqın ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə qarşı olan qüvvələri zərərsizləşdirib. Belə qüvvələr bir qayda olaraq Türkiyə və İraqa qarşı olan xarici amillərin nəzarəti altında fəaliyyət göstərdiklərindən, eyni zamanda, Ankara və Bağdada qarşı təzyiq aləti rolunda olublar. Bu gün təsirləri azalsa da, onlar hələ də mövcuddurlar.

Türkiyə lideri təhlükəsizliklə bağlı məsələdən danışarkən bildirib:

"İraqın hüzur və sabitliyini ölkəmizdən ayrı tutmadıq, tutmarıq". O, terrorsuz Türkiyə və terrorsuz bölgə baxışlarının həqiqətə çevrilməsi üçün iraqlı həmkarlarla danışıqları davam etdirdirklərini də bildirib.

Bununla da Ankara və Bağdad regionun inkişafı, rifahı, sabitlik üçün əməkdaşlıq edəcəklərini vurğulayıblar.

Üçüncü vacib sahə İraqla hərbi sahədə əməkdaşlıqdır. Görüşdə rəsmi Ankara İraqın hərbi avadanlıqlar, texnika sahəsində ehtiyacı olanları Türkiyə müdafiə sənayesi məhsulları ilə təmin etməyə hazır olduğunu açıqlayıb. İraq uzun illərdir, müxtəlif silahlı qrupların, terror təşkilatlarının düşərgəsi, sığınacaq yeri olaraq qalır. Bu ölkə ərazisindən qonşu dövlətlərin təhlükəsizliyini təhdid edən silahlı qruplar da yararlanırlar. Elə PKK terror təşkilatının İraqda mövcud olması, uzun müddət Türkiyənin ərazi bütövlüyü və suverenliyini təhdid etməsini nümunə olaraq göstərmək olar.

Ötən il rəsmi Bağdad bu terror təşkilatına qarşı sərt addım ataraq onun ölkə ərazisində varlığını, adının hallanmasını yasaqladı. Bu, Türkiyə ilə İraqın təhlükəsizliklərinin təmin edilməsində terrora qarşı atılan mühüm addımlardan sayıla bilər.


Regional, habelə yerli təhlükəsizliyin təmin edilməsi üçün Ankara və Bağdadın qarşılıqlı əməkdaşlığı, terrora qarşı birgə mübarizəsi günün vacib şərtlərindəndir. Başqa sözlə, region ölkələrinin, o cümlədən Türkiyə və İraqın bir-birinin təhlükəsizliyini öz təhlükəsizliyi olaraq qəbul etməsi münasibətlərin inkişafının başlıca prinsipinə çevrilir.

Dördüncü məqam Yaxın Şərqdə ortaq mövqe sərgiləməkdir. Türkiyə və İraq Suriyada Bəşşar Əsəd rejiminin çökməsinə, onun ərazi bütövlüyünün qorunmasına, müxtəlif terror qruplaşmalarının zərərsizləşdirilməsinə, habelə Fələstin-İsrail münasibətlərinə, Fələstinin tanınmasına, Qəzza zolağına barışın gəlməsinə, İran ətrafında baş verənlərə ortaq, oxşar mövqe sərgiləyirlər. Ərdoğanla əz-Zeydinin görüşündə bu kimi məsələlərin də müzakirə olunduğu qeyd edilib. Bildirilib ki, onların aktual regional hadisələr barədə fikirləri böyük ölçüdə oxşardır.

Beşinci məsələ İraq türkmənlərinə mərkəzi hakimiyyətin diqqəti artırmasıdır. İraqın rəsmi nümayəndə heyətində İraq Türkmən Cəbhəsinin sədri və Kərkük Valisi Salman Ağaoğlunun olmasına diqqət çəkən Rəcəb Tayyib Ərdoğan durumu belə dəyərləndirib: "Əli əz-Zeydinin heyətində qardaşımıza yer verməsini xüsusilə mənalı hesab edirəm".

Belə nəticəyə gəlmək olar ki, İraqın mərkəzi hakimiyyəti Türkiyə ilə münasibətlərin inkişafı naminə türkmənlərin hüquqlarının qorunmasını vacib sayır. Onların milli haqlarının təmin edilməsi iki ölkə arasında münasibətlərdə vacib rollardan birinə çevrilib.

Nəhayət, daha bir vacib məslə İraqın ərazi bütövlüyüdür. Bu ölkənin ərazi bütövlüyü regional və qlobal səviyyədə müzakirə olunub. Türkiyə ardıcıl olaraq, İraqın ərazi bütövlüyü və suverenliyini müdafiə edib. Əks qüvvələrə qarşı çıxıb. İraq baş nazirinin səfərində təhlükəsizlik məsələsinin müzakirəsi həm də İraqın ərazi bütövlüyüyün qorunmasının vacibliyi anlamına gəlir. Ona görə də ehtimal etmək olar ki, tərəflər arasında görüşdə region ölkələrinin, o cümlədən İraqın ərazi bütövlüyünün qorunması aktual mövzulardan biridir.

Əz-Zeydinin bu səfəri Türkiyənin İraq üçün vacib dövlət olduğunu bir daha təsdiqləyir. Bu həm də cümhuriyyətin qonşularla dinc yanaşı yaşamağının göstəricisidir. Türkiyə bu kimi münasibətlər nəticəsində əlaqə, imkan, münasibətlərini genişləndirir, inkişaf edir.(Report)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR