Son Xəbər: Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb, Ukrayna Hikmət Hacıyevi təltif etdi, Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar, Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx, "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik,

Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək

Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət veriləcək

Tarix: 3-06-2020, 17:25

Xüsusi xidmətləri olan və 46 təqvim günündən az olmayan əmək məzuniyyəti verilən işçilər sırasına ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin də aid edilməsi nəzərdə tutulur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 
Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair nazirliyin hazırladığı yeni qanun layihəsində bununla bağlı təklif əksini tapır. Həmçinin, təklifdə qeyd edilən işçilər sırasına başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş işçilərin də daxil edilməsi yer alıb.
Əmək Məcəlləsinin 120-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltiflərinə layiq görülmüş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR