Son Xəbər: Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb, Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir, Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib,

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA

Tarix: 3-06-2020, 19:52

“Həftəsonları küçəyə çıxma qadağası vətəndaşlarımızı qorumaq istəyimizdən irəli gəlir. Biz sərt karantin rejimi dövründə sübut etdik ki, ölkəmizin milli təhlükəsizliyi baxımından bunun öhdəsindən gələ bilərik. Biz belə olacağını gözləmirdik”.
Mediabiz.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
“Bu səhvimizin qısa müddət ərzində düzələcəyinə inanırıq. Qərardan sonra müəyyən əks-epidemik nailiyyətlər əldə olunacaq və nailiyyətləri sizinlə paylaşacağıq. Maska taxmaq və sosial məsafə ilə bağlı qaydalara əməl etsək, sərt qərarlar olmaz”, - deyə sədr bildirib.
R.Bayramlı əlavə edib ki, heç bir dünya ölkəsinin xəstəxanaları say artımına tab gətirə bilməz:
“Müxtəlif resurslar işə salınıb və mütəxəssislər hazırlanıb. Bakı şəhərində xəstəxanalarda artımın olması bizi bu addımı atmağa məcbur edir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR