Son Xəbər: Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib, Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib, PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub, Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb, Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib,

Həftə sonları küçəyə çıxmaq qadağan olunacaq

Həftə sonları küçəyə çıxmaq qadağan olunacaq

Tarix: 3-06-2020, 20:20


Həftə sonları küçəyə çıxmaq qadağan oluna bilər. 

Mediabiz.az verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu günlərdə Fəvvarələr meydanında karantinin pozulmasına göstərilən cəhd, metroda ilk gündən həkimlərlə birgə çiyin-çiyinə mübarizə aparan polisə müqavimət göstərmək bizim tərəfimizdən qətiyyən qəbul olunmur: "Bunların nəticəsidir ki, bu gün karantin xəstəxanalarımızın üzərinə böyük yük düşür. Sumqayıt şəhərində bir xəstəxana da koronavirusdan mübarizə üçün ayrılıb. Məcburiyyətdən digər xəstəxanalarımızı da pandemiya ilə mübarizəyə ayırırıq. Bu da digər sahələrdə problemlər üzə çıxara bilər. Düzdür, hazırda bütün bunları nəzərə almışıq. 
Virusa yoluxmanın artması bizi məcbur etdi ki, Operativ Qərargaha müraciət edək. Artıq yoluxanlarla sağalanların arasındakı fərq 200-ü keçib. Bu alqoritm həftə sonları məhdudlaşdırmanı gündəmə gətirib. Bizim bu barədə müraciətimiz dəyərləndirilib. Bakı, Sumqayıt, Gəncə, Abşeron və Lənkəranda şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib. Ola bilsin irəlidəki aylarda hər həftə sonu bayramlar da daxil olmaqda küçəyə çıxmaq tam qadağan olunsun. Operativ Qərargahda bizim təkliflərimizlə bağlı qərar qəbul olunub. Sabah detallar açıqlanacaq". 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR