Son Xəbər: Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib, Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib, PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub, Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb, Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib,

DSX generalı və Hərbi prokurorun müavini Ermənistanla sərhəddə - FOTO

DSX generalı və Hərbi prokurorun müavini Ermənistanla sərhəddə - FOTO

Tarix: 4-06-2020, 12:20


Dövlət Sərhəd Xidmə­ti (DSX) və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq, dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qay­da­­­larının möhkəmlən­dirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.
DSX-dən daxil olan məlumatda qeyd olunur ki, bu tədbirlər çərçivəsində DSX rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Hərbi prokurorunun müavini, ədliyyə general mayoru Rasim Kazımovun DSX-nin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.
DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şəraitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qay­da­­­larının və hərbi intizamın möhkəmlən­dirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib.
Tədbirin sonunda DSX-nin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə mü­şavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR