Son Xəbər: Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib, Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib, Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq, "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB, Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək, Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ, Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək, Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib, İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib, Sabah Azərbaycanda 34 dərəcə isti olacaq,

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Tarix: Bugün, 09:12

 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində sentyabrın 24-də Nyu-Yorkda görüş keçirib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, hər iki nazir Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayaraq 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində nail olunmuş razılaşmalardan sonra əldə edilmiş irəliləyişi nəzərdən keçirib.

Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yönəlib. Bu kontekstdə sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb.

Nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Nazirlər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR