Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Hicran Hüseynova helikopterlə Ağdama getməsinə aydınlıq gətirdi

Hicran Hüseynova helikopterlə Ağdama getməsinə aydınlıq gətirdi

Tarix: 22-11-2019, 10:50

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova helikopterlə Ağdamda vətəndaşlarla görüşə getməsi məsələsinə aydınlıq gətirib.
Oxu.Az-ın məlumatına görə, o, YAP-ın İcra Katibliyində bildirib ki, Komitənin nə hekopteri, nə təyyarəsi var:
“Bizim qurum ən aşağı büdçəsi olan komitədir. Maşınım xarab olduğu və gec düzələcəyi üçün mən cəbhə zonasında görüşə helikopterlə getmək üçün hərbçilərə zəng etdim. Xahiş etdim ki, reys varsa, məni də özləri ilə aparsınlar.
Çünki məni orada 30-dan çox insan gözləyirdi. Mən hərbi helikeptorla getmişəm. Bu təhlükəli gediş idi. Sərhəd zonasında görüş idi və hər şey ola bilərdi”.
“Qısa müddətdə ora çatdım, 30-dan çox insanı, 50-dən çox qadını qəbul etdim. Mən oraya nə kefə, nə də kurorta getmişdim”, - deyə H.Hüseynova qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR