Son Xəbər: Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq, Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?, Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir, İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib, Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib, PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub, Azərbaycan UEFA reytinqində bu həftə 0,750 əmsal qazanıb, Çində ayaqqabı fabrikində yanğın baş verib, itkin düşənlər var, İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir, Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib,

Azərbaycanda koronavirus xəstələrində ən çox hansı simptomlar olur? - Açıqlama

Azərbaycanda koronavirus xəstələrində ən çox hansı simptomlar olur? - Açıqlama

Tarix: 4-06-2020, 23:53


“Qəbul etdiyimiz hər bir qərar epidemioloji vəziyyətə, statistikaya əsaslanır. Çox adam sual verirdi ki, niyə yumşaltmaya gedirsiniz? Statistikamız göstərirdi ki, yumşaltmaya gedə bilərik və biz vətəndaşlarımızın məsuliyyət hissinə arxalanaraq bu yumşaltmaya getdik. Amma bugünkü gündə biz gördük ki, bizim ciddi qərar qəbul etmək vaxtımızdır”.
“Qafqazinfo” xəbər verir ki, bu haqda TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan “Hədəf” verilişində deyib:
“Çox təəssüf hissi ilə qeyd edirəm ki, vətəndaşlar bizim sözlərimizi düzgün başa düşmürlər. Biz karantin rejimindən addım-addım yumşaltmaya gedək dedik. Ancaq onlar elə düşündülər ki, artıq virus bitdi. Bu gün dedik yumşaltmaya gedirik, sabah hamı çıxdı küçələrə... Parklarda o qədər ciddi sıxlıq var idi. Bir nəfər adamı biz maskada görmədik. Hamı sərbəst şəkildə gəzirdi və hesab edirdilər ki, artıq virus bitdi.
İlk mərhələdə biz asimptomatik xəstələri görürdüksə, bugünkü gündə daha çox simptomlu pasiyentlərlə rastlaşırıq. Belə davam etsə, hər bir vətəndaşımızn ətrafında simptomatik və ağır şəkildə bu xəstəliyi keçirən şəxslər olacaq.
Daha çox tənəffüs çatışmazlığı, boğulmalar, yüksək hərarət müşahidə olunur. Hətta mədə-bağırsaq sistemi tərəfindən olan simptomlarla da şikayətlər var.
Biz həmişə deyirdik ki, yaşlılar və xroniki xəstələr daha çox rəhmətə gedir. Bugünkü gündə biz bunun tərsini görürük. Belə davam etsə, bunu hər kəs görəcək. Artıq çox gənc, orta yaşlara gəlir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR