Son Xəbər:
Tarix: Bugün, 11:41
Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlığa keçmək üçün potensiala malikdir.
Bu barədə Tacikistan Prezidenti Emoməli Rahmon Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.
Onun sözlərinə görə, region ölkələri əhəmiyyətli resurs potensialına malikdir ki, bu da birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır:
"Bu, birgə müəssisələrin, sənaye komplekslərinin yaradılması və təbii sərvətlərin emalı üçün geniş imkanlar açır".